Frank de Burun yeni iş yeri müəyyənləşib.
Corner.az xəbər verir ki, o, Birləşmir Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandasını çalışdıracaq. Bu barədə klubun saytı məlumat yayıb.
53 yaşlı mütəxəssislə ərəb klubu arasında iyulun 1-dən qüvvəyə minəcək 2 illik müqavilə imzalanıb.
"Əl-Cəzirə" son BƏƏ çempionatını 5-ci yerdə başa vurub .
De Burun son iş yeri Avro-2020-nin sonunda Çexiya ilə matçda (0:2) 1/8 finaldan kənarlaşdırıldıqdan sonra tərk etdiyi Niderland millisi olub. Bundan əvvəl de Bur “Atlanta Yunayted”, “Kristal Pelas”, “İnter” və “Ayaks”ı da idarə edib.