"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri 2023/24 mövsümündə komandasını çalışdırmağa davam edəcək.
Corner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bazar ertəsi klub rəhbərliyi 55 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirmək qərarına gəlib. Səbəblərdən biri iqtisadi xarakter daşıyır və Alleqrinin 2025-ci ilə qədər hesablanmış müqaviləsinin işdən çıxarılması halında nəzərdə tutduğu əhəmiyyətli təzminatla bağlıdır.
Bu mövsüm "Yuventus" A Seriyasında 10 xaldan məhrum edilərək 7-ci yeri tutub.