25 oktyabr 2024. Cümə

Messi "Əl-Hilal"dan bunu xahiş etdi


  • Transfer
  • 11:41 06.06.2023
  • Oxunma sayı: 141
Messi "Əl-Hilal"dan bunu xahiş etdi
PSJ-dən ayrılan Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçməsi ilə bağlı danışıqları 2024-cü ilə qədər təxirə salınmasını istəyib.

Corner.az xəbər verir ki, argentinalı hücumçunun nümayəndələri Səudiyyə Ərəbistanı klubunun nümayəndə heyəti ilə görüş keçiriblər. Görüşdə “Əl-Hilal” futbolçunun transferi ilə bağlı müqavilə bağlayacağınıı gözləsə də, Messinin özü bu danışıqları dayandırmağı və transferi bir il müddətə təxirə salmağı xahiş edib.
 
Səudiyyə Ərəbistanından gələn nümayəndə heyəti  Messinin nümayəndələrinə bildirib ki, əgər indi o, kluba keçməsə, bir ildən sonra eyni şərtlərlə müqavilə təklifi almayacaq.

Qeyd edək ki, Messinin Səudiyyə Ərəbistanında ildə 400-600 milyon avro qazana biləcəyi iddia olunur.

Xatırladaq ki, futbolçu "Barselona"ya qayıtmaq istəyir.







Transfer