25 oktyabr 2024. Cümə

Ozobiçlə Balayev “Neftçi”də


  • Transfer
  • 14:10 06.06.2023
  • Oxunma sayı: 141
Ozobiçlə Balayev “Neftçi”də
Neftçi”nin yay fasiləsindəki ilk transferləri məlumdu.

Corner.az xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin iki üzvü ilə anlaşıb.
 
Paytaxt təmsilçisi “Qarabağ”dan ayrılan Filip Ozobiç və “Səbail”in qapıçısı Emil Balayevlə razılığa gəlib. Xorvatiya əsilli Ozobiç “Zirə” və “Sabah”ın da gündəmində olmasına baxmayaraq, “Neftçi” variantını üstün tutub.
 
Balayev də “Zirə”dən təklif alsa da, yetirməsi olduğu komandaya qayıtmaq şansını qaçırmaq istəməyib.
 
Qeyd edək ki, 2022-23 mövsümündə Premyer Liqada 3-cü yeri tutan “Neftçi” Azərbaycan Kubokunun finalında “Qəbələ”yə uduzub.






Transfer