25 oktyabr 2024. Cümə

Aparıcı futbolçuları da “Kəpəz”dən gedir


  • Transfer
  • 14:12 06.06.2023
  • Oxunma sayı: 119
Aparıcı futbolçuları da “Kəpəz”dən gedir
Mövsüm başa çatan kimi heyətində təmizləmə işləri aparan “Kəpəz” daha iki oyunçusu ilə yollarını ayıra bilər.

Corner.az xəbər verir ki, gəncəlilər bu dəfə aparıcı oyunçuları ilə vidalaşmaq ehtimalı ilə üz-üzədir.
 
Bunlar nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzaya və hücumçu Abdullahi Şuaybudu. Hər iki afrikalı yeni komandada da bir yerdə oynaya bilərlər. Doğrudu, Ayzaya və Şuaybunu “Kəpəz” də heyətində saxlamağa çalışır. Hətta ona yeni müqavilə də təklif olunub.
 
Ancaq Konfrans Liqasına vəsiqə qazanan “Qəbələ” və yeni mövsümə iddialı başlamağı planlaşdıran “Zirə” də nigeriyalıların xidmətində maraqlıdı. Futbolçular hələlik yekun qərarlarını verməyiblər.
 






Transfer