25 oktyabr 2024. Cümə

“Səbail” axtardığı qapıçını tapdı


  • Transfer
  • 14:14 06.06.2023
  • Oxunma sayı: 108
“Səbail” axtardığı qapıçını tapdı
Gələn mövsüm “Səbail”in qapısını qoruyacaq oyunçu müəyyənləşib.

Corner.az xəbər verir ki, Səlahət Ağayev karyerasını Bakı klubunda davam etdirməyə çox yaxındır.
 
Qəbələ” müqaviləsi başa çatan qolkiperinə yeni sözləşmə təklif etsə də, Ağayev müntəzəm oynamaq niyyətindədi. Üstəlik, “Səbail” maliyyə ilə bağlı təklifi daha cəlbedicidi.
 
Emil Balayevin “Neftçi” ilə anlaşması 32 yaşlı qolkiperin əsas qapıçı olmaq şansını da artırıb. Bu üzdən Ağayevin “Səbail”ə keçidi gözlənilir.
 
Qəsəbə təmsilçisi hücum xəttini isə “Şamaxı”nın üzvü Amil Yunanovla gücləndirməyə çalışır. Hazırda Yunanovla bu yöndə danışıq aparılır.
 






Transfer