1 aprel 2026. Çərşənbə

Ançelotti Benzemanın gedişindən razıdır: "Daha rəqabətli bir heyət olacaq"


  • Transfer
  • 15:31 06.06.2023
  • Oxunma sayı: 162
Ançelotti Benzemanın gedişindən razıdır: "Daha rəqabətli bir heyət olacaq"
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti 14 ildən sonra ispan nəhəngi ilə vidalaşan Kərim Benzemanın gedişini dəyərləndirib.

Corner.az xəbər verir ki, Madrid klubunun çalışdırıcısı Benzemanın gedişinin planlarında olduğunu, lakin hücumçu transferi üçün kifayət qədər vaxtlarının olduğunu bildirib.

"Benzemanın qərarı "Real Madrid"in illər əvvəl başladığı keçid prosesinin bir hissəsidir. Diqqətlə düşünmək və nə etmək istədiyimizə qərar vermək üçün vaxtımız var. İnanıram ki, gələn il rəqabətə davamlı bir heyətə sahib olacağıq. Hücum xətttini gücləndirmək? Biz bunu etməliyik və edəcəyik. Hərəkət etmək üçün çox vaxtımız var."

Qeyd edək ki, fransız hücumçu Benzema Səudiyyə Ərəbistanının "Əl İttihad" klubu ilə 2 illik müqavilə imzalayıb.






Transfer