17 may 2026. Bazar günü

Avropa Liqasının son qalibi baş məşqçi ilə müqaviləni uzatdı


  • Transfer
  • 16:05 06.06.2023
  • Oxunma sayı: 190
Avropa Liqasının son qalibi baş məşqçi ilə müqaviləni uzatdı

İspaniya "Sevilya"sı baş məşqçisi Xose Luis Mendilibarla müqavilənin müddətini uzadıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.

Əndəlüs təmsilçisi bu mövsüm təcrübəli çalışdırıcının rəhbərliyi altında UEFA Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, Xose Luis Mendilibar bu ilin martından "Sevilya"nı çalışdırır.







Transfer