"Qəbələ"nin futbolçuları Urfan Abbasov, İlkin Qırtımov, Murad Musayev və Emin Səfərovla imzaladığı yeni müqavilənin müddəti bəlli olub.
Corner.az xəbər verir ki, oyunçuların hər biri 2 illik sözləşməyə imza atıblar.
"Qırmızı-qaralar"ın rəsmisi digər futbolçularla danışıqların davam etdiyini bildirib: "İsnik Aliminin agenti ilə söhbətimiz olub. Bizə dediyinə görə, hazırda heç bir klubla müqavilə bağlamayıblar. Təklifləri dəyərləndirirlər".
Qeyd edək ki, "Qəbələ" hələlik yalnız Məqsəd İsayevlə vidalaşıb. Müdafiəçinin "Zirə"yə keçəcəyi gözlənilir.
report.az