- Transfer
- 14:05 05.10.2024
"Yuventus"un futbolçusu Anxel Di Mariya komandadan ayrılıb.
Corner.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi başa çatan müqaviləsini yeniləməyib. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Klubun titullar qazanmağa davam etməsi üçün hər şeyimi verdiyimə görə rahat ayrılıram. Lakin titul qazanmaq mümkün olmadı. Uğur qazana bilmədiyim üçün acı bir zövqlə, amma bir hissəsi olduğum bu ecazkar soyunub-geyinmə otağında özümə çoxlu dostlar qazanmağın sevinci ilə ayrılıram.
İlk gündən mənə göstərdikləri sevgiyə görə bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Özümü həmişə evdəki kimi hiss edirdim. Səni ürəyimdə daşıyacağam”.
Qeyd edək ki, ötən il Argentina millisi ilə dünya çempionu olan Di Mariya "Yuventus"a keçən yay azad agent kimi keçib.