12 aprel 2026. Bazar günü

Mourinyo da ərəblərdən təklif aldı


  • Transfer
  • 10:25 07.06.2023
  • Oxunma sayı: 170
Mourinyo da ərəblərdən təklif aldı

İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanı təmsilçisindən çox sərfəli təklif alıb.

Corner.az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira bildirib.

O, 60 yaşlı mütəxəssisin İtaliyada qalmaq istədiyi üçün təklifi qəbul etmədiyini vurğulayıb.

Qeyd edək ki, portuqaliyalı çalışdırıcı 2021/2022 mövsümündən "canavarlar"ın sükanı arxasındadır. O, ötən il komanda ilə UEFA Konfrans Liqasının qalibi olub. Cari mövsümdə isə UEFA Avropa Liqasının finalında İspaniya "Sevilya"sına uduzub.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”