Türkiyəli baş məşqçi Rıza Çalımbay "Sivasspor" klubundan ayrılıb.
Corner.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə açıqlama verib.
O, artıq vidalaşmaq vaxtı olduğunu bildirib:
"Heç kimə qarşı incikliyim yoxdur. Bura mənim məmləkətimdir. Yenidən qayıtmaq üçün gedirəm".
Qeyd edək ki, Rıza Çalımbay 2019-cu ildən "Sivasspor"da işləyib. Komanda onun rəhbərliyi altında 2021/2022 mövsümündə Türkiyə Kubokunu qazanıb.