14 dekabr 2025. Bazar günü

"Qəbələ" onunla sağollaşdı


  • Transfer
  • 11:36 07.06.2023
  • Oxunma sayı: 145
"Qəbələ" onunla sağollaşdı
Qəbələ” futbolçusu Ramon Maçado ilə yolları ayırıb. 

Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

2022-ci ilin yayından “qırmızı-qara” forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb. 

Braziliyalı legioner ötən mövsümdə “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. Cənubi amerikalı futbolçu “qırmızı-qara” forma ilə Azərbaycan kubokunun qalibi adını qazanıb.

“Qəbələ” İdman Klubu Ramon Maçadoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.






Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı