25 oktyabr 2024. Cümə

"Barselona" Messiyə zəmanət vermir


  • Transfer
  • 13:05 07.06.2023
  • Oxunma sayı: 127
"Barselona" Messiyə zəmanət vermir
4 gün əvvəl PSJ-dən ayrılan Lionel Messi ilə "Barselona" arasında hələ də razılıq əldə olunmayıb.

Corner.az xəbər verir ki, 35 yaşlı hücumçuya Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan fantastika təklif gəlib. Lakin o, sözügedən klubdan gözləməyi xahiş edib. Səbəb isə forvardın keçmiş komandası "Barselona"ya qayıtmaq istəməsidir.

Məsələ burasındadır ki, Kataloniya klubu Messiyə maliyyə problemləri səbəbindən növbəti mövsüm üçün qeydiyyat prosesini avqustun 31-dək başa çatdıra biləcəklərinə dair hər hansı zəmanət verməkdən imtina edib Dünya futbolunun super ulduzunun yaxın bir neçə saat ərzində yekun qərar verməsi ehtimalı var.

Bu mövsüm argentinalı 41 oyun keçirib, 21 qol vurub və 20 qolun ötürməsini verib.






Transfer