“Mançester Yunayted” bəzi futbolçularla vidalaşacaq.
Corner.az Britaniya mediasına istinadən xəbər verir ki, baş məşqçi Erik ten Haq yay “transfer pəncərəsi”ndə altı futbolçunun xidmətindən imtina edəcək.
Qapıçı Din Henderson (“Nottingem Forest”), müdafiəçilər Harri Maquayr, Erik Beyli, Aleks Telles, eləcə də “Bernli”dən icarəyə götürülmüş yarımmüdafiəçi Donni van de Bek və hücumçu Vout Veqorstun “mankunianlar”ı tərk etmək ehtimalı daha yüksəkdir.
Keçən mövsüm Henderson “Forest”, Bayi “Marsel”, Telles isə “Sevilya”dan icarəyə götürülüb.