25 oktyabr 2024. Cümə

3 klub da onu istəyir


  • Transfer
  • 13:08 07.06.2023
  • Oxunma sayı: 134
3 klub da onu istəyir
Misli Premyer Liqasında sonuncu yeri tutaraq, Birinci Diviziona düşən “Şamaxı” hazırda AFFA İcraiyyə Komitəsinin qərarını gözləyir.

Corner.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisi yüksək liqada qala bilməsə, aparıcı futbolçusu Rəhman Daşdəmirov komandasını dəyişəcək. 
 
Artıq üç komanda 24 yaşlı arxa xətt oyunçusu üçün hərəkətə gəlib. Bunlar “Sumqayıt”, “Sabah” və “Zirə”dir. Hər üç komanda onu heyətə cəlb etməkdə maraqlıdır. 
 
Qeyd edək ki, Rəhman Daşdəmirov 2022-2023 mövsümündə Premyer Liqanın bütün oyunlarında start heyətində meydana çıxıb.






Transfer