“Turan Tovuz” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.
Corner.az xəbər verir ki, əyalət təmsilçisi Roderik Millerlə əməkdaşlığı davam etdirəcək. Panamalı müdafiəçi ilə daha 2 il müddətinə müqavilə bağlanıb.
Qeyd edək ki, Miller Panama millisinə çağırılıb. O, KONKAKAF Millətlər Liqası və KONKAKAF "Gold Cup - 2023"də yığma komandanın heyətində olacaq.
Miller Panamanın əsas millisində keçirdiyi 30 oyunda 1 qol vurub.