Ukrayna milli komandasına yeni baş məşqçi təyin olunub.
Corner.az xəbər verir ki, bununla əlaqədar bu gün Kiyevdə tədbir keçirilib. Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko millinin baş məşqçisi vəzifəsinə Sergey Rebrovun gətirildiyini elan edib.
49 yaşlı mütəxəssisin son iş yeri Birləşmiş Ərəb Əmirlərinin "Əl-Əyn" klubu olub. İki il bu klubda işləmiş Rebrov 2021/22 mövsümündə komandasına ölkə çempionluğu adını və kuboku qazandırıb.
Rebrovun rəhbərliyi altında Ukrayna millisi ilk matçını iyunun 12-də səfərdə Almaniyaya qarşı (yoxlama matçı) keçirəcək.