25 oktyabr 2024. Cümə

"Bavariya"nın transfer büdcəsi məlum oldu


  • Transfer
  • 17:21 07.06.2023
  • Oxunma sayı: 127
"Bavariya"nın transfer büdcəsi məlum oldu
"Bavariya"nın yay üçün transfer büdcəsi müəyyənləşib.

Corner.az xəbər verir ki, Münhen təmsilçisi 150 milyon avroluq transfer büdcəsini təsdiqləyib. Komandanın hazırkı oyunçularından birinin satılacağı təqdirdə transfer büdcəsi artacaq. "Bavariya"nın baş məşqçisi Tomas Tuhel komandasında yeni mərkəz hücumçusu və müdafiəyə meyilli yarımmüdafiəçi görmək istəyir.
 
Ötən yay "Bavariya" Sadio Mane, Matteyis de Liqt, Matis Tell və Rayan Qravanberxin transferlərinə təxminən 140 milyon avro xərcləyib.

Qeyd edək ki, "Bavariya" Bundesliqanın 2022/23 mövsümünün çempionu olub.







Transfer