25 oktyabr 2024. Cümə

"Real" Bellinqemlə razılaşdı


  • Transfer
  • 17:46 07.06.2023
  • Oxunma sayı: 102
"Real" Bellinqemlə razılaşdı
"Real" Dortmund "Borussiya"sının futbolçusu Cud Bellinqemi transfer etməyə hazırlaşır.

Corner.az xəbər verir ki, tərəflər artıq razılaşıblar. Bu haqda "The Atletic" məlumat yayıb. Madrid klubu 19 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avrodan çox təzminat ödəyəcək. Bu, hər iki klubun tarixində ən böyük transferlərdən biri olacaq.

Bellinqem yaxın günlərdə "Real"da üçün tibbi müayinədən keçəcək .İngiltərəli futbolçunun "kral klubu" ilə müqaviləsinin 2029-cu ilin yayına kimi hesablanacağı bildirilir.

Qeyd edək ki, Bellinqem bu mövsüm 42 matçda 14 qol vurub və 7 qolun ötürməsini verib. 






Transfer