31 mart 2026. Çərşənbə axşamı

Jud Bellinqemin transferi rəsmiləşdi


  • Transfer
  • 19:00 07.06.2023
  • Oxunma sayı: 190
Jud Bellinqemin transferi rəsmiləşdi
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Jud Bellinqemin Madrid "Real"ına transferi rəsmiləşib.

Corner.az xəbər verir ki, bu barədə Almaniya klubu bəyanat yayıb.
 
Bildirilib ki, İngiltərə millisinin üzvü İspaniya klubuna satılıb. Transfer almanlara 103 milyon avro qazandırıb. Sözləşməyə həmçinin bonus maddələri də qoyulub.
 
19 yaşlı orta sahə oyunçusu "kral klubu" ilə 6 illik müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Bellinqem bu mövsüm "Borussiya"nın heyətində 42 oyunda 14 qol, 6 assistlə yadda qalıb.






Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro