17 may 2026. Bazar günü

Luis Suares Messinin yeni komandasına keçə bilər


  • Transfer
  • 09:50 08.06.2023
  • Oxunma sayı: 187
Luis Suares Messinin yeni komandasına keçə bilər
Braziliyanın “Qremio” klubunun hücumçusu Luis Suares “İnter Mayami”yə keçməyə hazırlaşır.

Corner.az xəbər verir ki, belə bir məlumat Lionel Messinin Amerika komandasına keçidi ilə bağlı xəbərlərdən sonra ortaya çıxıb. Xatırladaq ki, Messi və Suares əvvəllər “Barselona”da birlikdə çıxış ediblər.

Suaresin Braziliya komandası ilə müqaviləsi 2024-cü ilə qədərdir. Bundan əvvəl o, “Atletiko Madrid” və “Liverpul”da da oynayıb. Qeyd olunub ki, Suaresin hazırkı müqaviləsində onun klubla əməkdaşlığa vaxtından əvvəl xitam verə biləcəyi yazılıb.






Transfer