25 oktyabr 2024. Cümə

“Real” fikrindən daşındı


  • Transfer
  • 10:56 08.06.2023
  • Oxunma sayı: 123
“Real” fikrindən daşındı

"Real" "Tottenhem"in hücumçusu Harri Keyni almaq fikrindən daşınıb. 

Corner.az xəbər verir ki, bu barədə As məlumat yayıb. Madrid klubu transfer üçün qarşı tərəfə 116 milyon avro ödəməyə, həmçinin hücumçuya illik 20 milyon avro maaş verməyə hazır deyil.

29 yaşlı forvard heyətin gəncləşdirilməsi ilə bağlı strategiyaya uyğun gəlmir.

Qeyd edək ki, daha əvvəl baş məşqçi Karlo Ançelottinin Keyni komandasında görməyə israrlı olduğu bildirilmişdi.

 

Qeyd olunur ki, Madrid "Real"ı Kataloniya klubunun hücumçusunun yaşına sırf ötən mövsüm aşağı qiymətə və yüksək performans göstərdiyinə görə göz yummağa hazırdır.

2022/2023 mövsümündə Keyn "Tottenhem"in heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.

Futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə bir futbolçunun təxmini dəyəri 90 milyon avrodur.

Daha əvvəl Keynin Madrid klubunun tərkibində oynamaq istəyi barədə məlumat yayılmışdı.







Transfer