25 oktyabr 2024. Cümə

"Səbail"in yolları ayırdığı oyunçuların sayı 9-a çatdı


  • Transfer
  • 15:51 08.06.2023
  • Oxunma sayı: 117
"Səbail"in yolları ayırdığı oyunçuların sayı 9-a çatdı
"Səbail" futbolçusu Nihad Qurbanlı ilə yolları ayırıb.

Corner.az xəbər verir ki, oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bununla da mövsüm başa çatdıqdan sonra "Səbail"in yolları ayırdığı futbolçuların sayı 9-a çatıb.
 
Qeyd edək ki, N.Qurbanlı ötən ilin sentyabrında Bakı təmsilçisinə transfer olunmuşdu. O, 2022/2023 mövsümündə meydana çıxdığı 15 oyunda 1 qol ötürməsi verib.

Xatırladaq ki, "Səbail" bundan əvvəl Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Petro Stasyuk, Emil Martinov, Ruslan Hacıyev, Mirabdulla Abbasovla yolları ayırıb.






Transfer