Kərim Benzema dininin Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına keçidində əsas faktor olduğunu deyib.
Corner.az xəbər verir ki, 35 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionu seçməsinin səbəbinin pul olmadığını bildirib.
"Səudiyyə Ərəbistanı seçdim çünki bura müsəlman ölkəsidir və mən müsəlmanam. Mən həmişə müsəlman bir ölkədə yaşamaq istəmişəm"
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionu Əl İttihad ilə 3 illik müqavilə imzalayan fransalı forvard Yaxın Şərqdə mövsümə 200 milyon avro qazanacaq.
Əlavə edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"in formasını geyinib. O, 14 mövsümdə 647 matçda 353 qol vurub.