İcarə əsasında Fransa "Reims"ində çıxış edən müqavilə ilə "Arsenal"a məxsus olan yarımmüdafiəçi Folarin Baloqun Avropa nəhəngləri hədəfinə düşüb.
Corner.az Daily Mail-ə istinadən məlumat verir ki, ötən mövsüm Liqa 1 təmsilçisindəki çıxışı ilə parlayan 21 yaşlı orta sahə oyunçunun xidmətinə "İnter", "Milan" və "Roma" klubları maraqlıdır.
Sözügedən komandalar ən qısa zamanda rəsmi "Arsenal"a amerikalı oyunçu ilə bağlı təklif göndərəcəklər. Lakin gənc oyunçunun "Arsenal"ın yeni mövsüm planlarında olduğu üçün yenidən icarəyə verilməsi gözlənilmir.
Qeyd edək ki, "Reims" forması ilə 22 qol vuran Baloqunun 3 ötürmə ilə yadda qalıb.