25 oktyabr 2024. Cümə

Messi ilə yenidən birlikdə oynamağım mümkün deyil - Suares


  • Transfer
  • 16:17 09.06.2023
  • Oxunma sayı: 110
Messi ilə yenidən birlikdə oynamağım mümkün deyil - Suares
Hazırda Braziliyanın "Qremio" klubunda çıxış edən Luis Suares "İnter Mayami"də  Lionel Messi ilə oynayacağı ilə bağlı iddialara cavab verib.

Corner.az xəbər verir ki, Lionel Messi ilə "Barselona"da bir çox uğurlar qazanan və argentinalı ulduzla həm La Liqa, həm də Çempionlar Liqasını qazanan uruqvaulı forvard Messini təklifi ilə "İnter Mayami"yə keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Braziliya təmsilçisi ilə 2024-cü ilə qədər müqavilə imzaladığını və komandasından çox razı olduğunu bildirən 36 yaşlı futbolçu analoji gedişin onun üçün mümkün olmadığını bildirib.

Braziliya A Seriyasında son üç oyunda qalib gələn “Qremio” ilə çempionluq uğrunda mübarizə aparan Suares 24 matçda 11 qol vurub.

Əlavə edək ki, 2014-2020-ci illər arasında Messi ilə oynadığı 6 illik müddətdə 283 oyuna çıxan təcrübəli oyunçu "Barselona"nın heyətində 198 qol vurub.






Transfer