25 oktyabr 2024. Cümə

Daha bir ulduz futbolçu ərəblər üçün oynayacaq


  • Transfer
  • 16:27 09.06.2023
  • Oxunma sayı: 125
Daha bir ulduz futbolçu ərəblər üçün oynayacaq

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına üz tuta bilər.

Corner.az xəbər verir ki, ərəblərin növbəti hədəfi  Fransa PSJ-sindən ayrılan Serxio Ramosdur.  Bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Belə ki, "Əl-Əhli" klubu 37 yaşlı müdafiəçiyə 2 illik müqavilə üçün 20 milyon dollar maaş təklif edib. İspan oyunçunun qərarını yaxın günlərdə verəcəyi gözlənilir.

Qeyd edək ki, Kriştiano Ronaldo, Kərim Benzema kimi ulduz futbolçular Səudiyyə Ərəbistamnı klublarına transfer olublar. Bu siyahıya Luka Modriç, Nqolo Kante, Huqo Lloris və digərlərinin də qoşulacağı gözlənilir.







Transfer