İtaliya "İnter"ində çıxış edən hücumçu Edin Dzekoya karyerasını "Fənərbaxça"da davam etdirə bilər
Corner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marzio öz şəxsi sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 37 yaşlı forvarda 2 illik müqavilə təklif etdiyini qeyd edib.
Çempionlar Liqasının finalı üçün İstanbulda olan bosniya-herseqovinalı futbolçunun "İnter"in müqavilə təklifinə uyğun hərəkət edəcəyi vurğulanıb.
Bu mövsüm "İnter"in heyətində 51 rəsmi oyuna çıxan Dzeko 14 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.