31 mart 2026. Çərşənbə axşamı

Sabiq “Qarabağ”lı klubsuz qaldı


  • Transfer
  • 00:04 10.06.2023
  • Oxunma sayı: 205
Sabiq “Qarabağ”lı klubsuz qaldı

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərə "Everton"undan ayrılıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı qolkiper Mersisayd təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.

O, daha çox oynaya biləcəyi komandaya getmək üçün bu addımı atıb. Beqoviç "Everton"da Cordan Pikfordun əvəzləyicisi idi.

İddiaya görə, 36 yaşlı qapıçı karyerasını Premyer Liqaya yenicə yüksələn "Luton" klubunda davam etdirə bilər.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro