"Mançester Siti"nin ulduzu İlkay Gündoğan karyerasını "Barselona"da davam etdirə bilər.
Corner.az xəbər verir ki, türk əsilli ulduz Çempionlar Liqasının finalından yeni komandası ilə müqavilə imzalayacaq. Bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Kataloniya təmsilçisi Lionel Messini ala bilmədiyi üçün hədəfini Gündoğana çevirib.
"Şəhərlilər" isə həm Premyer Liqada, həm də İngiltərə Kuboku çempionluğunda böyük payı olan 32 yaşlı futbolçunun menecerləri əlaqə saxlayaraq təcrübəli futbolçuya yeni müqavilə imzalaması üçün təzyiq göstəriblər. "Mançester Siti"nin azarkeşləri də İlkay Gündoğanın komandada qalmasını istədiyi vurğulanıb.