22 oktyabr 2024. Çərşənbə axşamı

"Barselona" Neymarı niyə geri qaytarmaq istəməyib?


  • Transfer
  • 10:14 10.06.2023
  • Oxunma sayı: 141
"Barselona" Neymarı niyə geri qaytarmaq istəməyib?

İspaniya "Barselona"sının Fransa PSJ-sində çıxış edən sabiq futbolçusu Neymarı transfer etməməsinin səbəbi bəlli olub.

Corner.az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 31 yaşlı hücumçunun tez-tez zədələnməsi və yaşadığı gecə həyatına görə onu qaytarmağı planlaşdırmır.

Braziliyalı ulduzun yaxın günlərdə Paris klubunu tərk edəcəyi gözlənilir. Həmçinin onun xidmətində  İngiltərənin "Nyukasl" klubununda maraqlı olduğu bildirilir.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə məhz "Barselona"dan 222 milyon avro qarşılığında keçib.







Transfer