25 oktyabr 2024. Cümə

"Qalatasaray" ulduzları gətirir


  • Transfer
  • 11:24 10.06.2023
  • Oxunma sayı: 151
"Qalatasaray" ulduzları gətirir

“Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Dikran Gülmezgil həm bu mövsüm icarəyə götürülmüş Mauro İkardini, həm də digər ulduz futbolçuları transfer etməyə çalışdıqlarını bildirib.

Corner.az xəbər verir ki, o bu barədə Luys TV-yə açıqlamasında deyib.

"Qalatasaray"ı Çempionlar Liqasında bir çox fərqli yerlərdə görəcəksiniz"

Gülmezgil, məqsədlərinin UEFA Çempionlar Liqasında da uğur qazanacaq bir komanda qurmaq olduğunu söyləyib.

Dikran, "Qalatasaray"ın borclarını bitirmək üçün layihələr hazırladığını qeyd edərək, bunları deyib:

"Sədrimiz və idarə heyətimizlə birlikdə "Qalatasaray"ın bütün borclarını sıfırlayacağıq və izafi fond yaradıb onu "Qalatasaray"a təhvil verəcəyik."- dedik. Bu sözümüzün arxasındayıq. Sözsüz ki, "Qalatasaray" iki ildən sonra çox fərqli yerdə olacaq. "Qalatasaray"ı səbirlə izləmək lazımdır. Çempionlar Liqasında uğur qazanmaq istəyirik. UEFA kubokunun çempionu olduq. Avropada böyük kubok qazandıq, amma Çempionlar Liqasında çempion olmağı hədəfləyirik. Bunun üçün güclü heyət qurmalıyıq. Hörmətli Erden Timur, başqanımız Dursun Özbek və idarə heyəti üzvlərimiz bunu həyata keçirmək üçün artıq böyük ölçüdə hazırlıqlarımız görülüb. Ümid edirəm ki, buna nail olacağıq və gələn il “Qalatasarayı” Çempionlar Liqasında bir çox fərqli yerlərdə görəcəksiniz.Ona görə də pərəstişkarlarımız bilsinlər ki, hazırladığımız çox vacib və sürprizli yeni transferlərimiz var. Bu transferlər reallaşanda azarkeşlərimiz çox sevinəcək”.







Transfer