31 mart 2026. Çərşənbə axşamı

"Fənərbaxça"nın gənc ulduzu İngiltərə yolunda


  • Transfer
  • 12:14 10.06.2023
  • Oxunma sayı: 319
"Fənərbaxça"nın gənc ulduzu İngiltərə yolunda
"Fənərbaxça"nın gənc ulduzu Arda Gülər gələn mövsüm Premyer Liqada çıxış edə bilər.

Corner.az xəbər verir ki, Superliqada çempionluğu "Qalatasaray"a uduzan və Türkiyə Kubokunu qazanmağa fokuslanan "Fənərbaxça"nın futbolçusu Ardanın "Nyukasl Yunayted"in transfer siyahısında ilk sırada olduğu iddia edilib. Bu barədə "Football Insider" məlumat yayıb.

Xəbərdə, Ardanın ailəsi keçən ay Dubayda Nyukasl rəsmiləri ilə görüş keçirdiyi vurğulanıb..

"Nyukasl"ın Arda üçün İstanbul klubuna  təxminən 25 milyon avro ödəyəcəyi bildirilib.  

18 yaşlı yarımmüdafiəçi ilə "Barselona" və "Ayaks" klubları da maraqlanır.

Qeyd edək ki, bu mövsüm "Fənərbaxça" forması ilə bütün turnirlər daxil 34 matça çıxan Gülər bu matçlarda 6 qol vurub, 5 məhsuldar ötürmə edib. 






Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro