31 mart 2026. Çərşənbə axşamı

Messini kim əvəz edəcək?


  • Transfer
  • 14:36 10.06.2023
  • Oxunma sayı: 188
Messini kim əvəz edəcək?

PSJ komandadan ayrılan Lionel Messinin əvəzedicisini tapıb.


Corner.az xəbər verir ki, klub "Mançester Siti"dən Bernardo Silvanı heyətinə qatmağa hazırlaşır .


Futbol müşaviri Luis Kampos Silvanı PSJ-nin əsas transfer hədəfi olaraq təyin edib. Lakin “Siti” oyunçu ilə yollarını ayırmaq istəmədiyi üçün keçidi başa çatdırmaq asan olmayacaq.


Fransa təmsilçisinin planı Silvanın hücum xəttində Kilian Mbappe və "Napoli"dən almaq istədikləri Viktor Osimhenlə birlikdə oynamasıdır.


Bernardo ötən mövsüm Premyer Liqada 34 oyuna çıxıb, 4 qol vurub, 5 qolun ötürməsini verib.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro