Almaniya "Bavariya"sında çıxış edən seneqallı ulduz futbolçu Sadio Mane karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Corner.az Sky Sports DE-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Liqasının rəhbərləri Sadio Maneni transfer hədəfi kimi müəyyənləşdiriblər.
31 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı Liqasında çıxış etməsi üçün astronomik təklif hazırlanacağı bildirilib.
Xəbərdə, təcrübəli oyunçunun xidmətində "Nyukasl Yunayted", "Mançester Yunayted" və PSJ kimi klublarda maraqlıdır.
Qeydə edək ki, Mane Münhen təmsilçisi ilə ümumilikdə 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.