- Transfer
- 18:40 23.11.2024
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunun keçidini həll edib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cənubi afrikalı futbolçu Hendrik Eksteynlə 2 illik müqavilə bağlanıb.28 yaşlı futbolçu karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs” klubunun şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.
Xatırladaq ki, cənubi afrikalı futbolçu yay transfer pəncərəsində "Sabah"ın heyətinə cəlb etdiyi 6-cı futbolçudur. Bunadək Cavid Tağıyev, Ruslan Abışov, Kevin Kubemba, Məhəmməd Mirzəbəyov və Amadu Diallo ilə müqavilə bağlanmışdı.