22 oktyabr 2024. Çərşənbə axşamı

Fransa klubunda dörd ayrılıq


  • Transfer
  • 00:24 11.06.2023
  • Oxunma sayı: 125
Fransa klubunda dörd ayrılıq

Fransanın “Nitsa” klubu dörd futbolçusu ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Nikolas Pepe, Ross Barkli, Co Brayan və Andi Delorla vidalaşıb.

Ross Barklinin klubla müqaviləsinin müddəti başa çatıb. Onunla yeni müqavilənin imzalanmasına ehtiyacı duyulmayıb.

Andi Delor bu ilin əvvəlində icarəyə verildiyi “Nant”a satılıb. “Nant” bu transfer üçün qarşı tərəfə 5 milyon avro ödəyib.

Ötən yay “Arsenal”dan icarəyə götürülmüş Nikolas Pepe, həmçinin “Fulhem”dən icarəyə götürülən Co Brayan isə müqavilə ilə məxsus olduqları klublarına göndəriliblər.







Transfer