- Transfer
- 13:54 26.11.2024
Almaniya "Bavariya"sının müdafiəçisi Benjamin Pavar karyerasını "Liverpul"da davam etdirə bilər.
Corner.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Xəbərdə,.Mersisayd təmsilçisinin artıq fransalı futbolçunun agentləri ilə ilkin danışıqlar apardığı vurğulanıb.
Münhen klubunun rəhbərliyi Pavar üçün 30-40 milyon avroluq təklif alacağı təqdirdə, onun transferinə razılıq verəcəyi bildirilib.
27 yaşlı futbolçunun xidmətində "Liverpul"la yanaşı ""Çelsi", "Barselona", "İnter" və "Milan" da maraqlıdır.
Fransalı oyunçunun klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.
Qeyd edək ki, Pavar ötən mövsüm Almaniya çempionu ilə ümumilikdə 43 matça çıxaraq 7 qol və 1 məhsuldar ötürmə edib.