26 noyabr 2024. Çərşənbə axşamı

"Yuventus" Miliklə bağlı qərar verdi


  • Transfer
  • 11:00 11.06.2023
  • Oxunma sayı: 123
"Yuventus" Miliklə bağlı qərar verdi

"Yuventus" hücumçusu Arkadiuş Milik ilə bağlı qərar verib.

 

Corner.az xəbər verir ki, "qoca sinyora" 29 yaşlı polşalı forvardın müqaviləsindəki birdəfəlik satınalma bəndini aktivləşdirməyəcək.

 

Beləliklə, Milik sözləşmə ilə məxsus olduğu "Marsel"ə geri dönəcək.

 

Qeyd edək ki, Arkadiuş "Yuventus"un heyətində bir mövsüm keçirib. Fransa klubu futbolçunu 7 milyon avroya buraxmağa hazırdır. Lakin italyanlar bu fürsətdən faydalanmaq istəməyiblər. Polşa millisinin üzvü "Yuventus"da 14 oyun keçirib və 5 qola imza atıb.







Transfer