25 oktyabr 2024. Cümə

Pikford İngiltərədə klubunu dəyişir


  • Transfer
  • 17:16 11.06.2023
  • Oxunma sayı: 153
Pikford İngiltərədə klubunu dəyişir

"Everton"un qapıçısı Cordan Pikford "Mançester Yunayted"in hədəfindədir.

 

Corner.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

 

29 yaşlı qolkiper "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq tərəfindən bəyənilib. Maliyyə problemlərini həll etməyə çalışan "Everton" 35 milyon avro qarşılığında Pikfordu satmağa hazırdır.

 

Qeyd edək ki, "Mançester Yunayted"in qapıçısı David de Xea ilə də sözləşməni yenilədiyi bildirilir. Yaxın günlərdə xəbər rəsmən elan ediləcək.







Transfer