25 oktyabr 2024. Cümə

"Messi doğru qərar verdi" - Karlos Tevez


  • Transfer
  • 18:49 11.06.2023
  • Oxunma sayı: 114
"Messi doğru qərar verdi" - Karlos Tevez

Argentinalı ulduz Lionel Messinin "Barselona"ya dönəcəyi gözlənilsə də, forvard "İnter Mayami"yə keçidə üstünlük verdi.

 

Corner.az xəbər verir ki, 35 yaşlı hücumçunun Kataloniya klubuna qayıtmama səbəbi bəlli olub.

 

ESPN-ə danışan Argentina millisinin sabiq üzvü Karlos Tevez Messinin qərarını belə şərh edib:

 

"Mənə elə gəlir ki, Leo içində olduğu vəziyyəti anlayaraq qərar verdi. "Barselona"ya qayıtsa, komanda yoldaşlarının maaşı kəsiləcəkdi və pis adam olacaqdı. "Barselona" onun evidir. Ora qayıtmamaq hər kəsdən çox Leonun özünü üzdü. Mayamini sevir. özü və ailəsi üçün hüzurlu yer olacaq. Məncə, doğru qərar verdi".

 

Qeyd edək ki, Messinin sonuncu klubu Fransa PSJ-si olub.







Transfer