25 oktyabr 2024. Cümə

Sadio Mane ərəblərə nə cavab verdi?


  • Transfer
  • 18:50 11.06.2023
  • Oxunma sayı: 158
Sadio Mane ərəblərə nə cavab verdi?

Səudiyyə Ərəbistanından təklif alan Sadio Mane klubu "Bayern Münhen"dən ayrılmaq niyyətində deyil.

 

Corner.az xəbər verir ki, insayder Florian Plettenberq bir neçə ərəb klubunun Manenin xidmətində maraqlı olduğunu deyir.

 

Lakin "Get German Football" bildirib ki, 31 yaşlı seneqallı hücumçu Almaniya klubunu tərk etmək istəmir və fikrini rəhbərliyə bildirib.

 

Qeyd edək ki, Seneqal millisinin üzvü 2022-ci ildə "Liverpul"dan "Bayern Münhen"ə keçib. O, 21 oyunda forma geyinib və 7 qol vurub. 







Transfer