23 dekabr 2025. Çərşənbə axşamı

Gürcü futbolçu “Kəpəz”dən ayrıldığını açıqladı


  • Transfer
  • 18:52 11.06.2023
  • Oxunma sayı: 156
Gürcü futbolçu “Kəpəz”dən ayrıldığını açıqladı

“Kəpəz” daha daha bir legioner futbolçusu ilə vidalaşıb.

 

Corner.az xəbər verir ki, gürcü futbolçu Giorgi Kantariya sosial şəbəkə hesabında “Kəpəz”lə yollarını ayırdığını bildirib.

 

O, “instaqram”da “goodbye “Kapaz” yazaraq, Gəncə klubundan ayrıldığına işarə vurub.

 

Qeyd edək ki, “Zuqdidi”, “Neman” və “Telavi”də oynamış yarımmüdafiəçi ötən yay “Kəpəz”lə müqavilə imzalamışdı.







Transfer