25 oktyabr 2024. Cümə

"Real" müqaviləni uzatdığını açıqladı


  • Transfer
  • 20:36 11.06.2023
  • Oxunma sayı: 117
"Real" müqaviləni uzatdığını açıqladı

"Real"ın futbolçusu Naço klubu ilə müqaviləni uzatdığını bildirib.


Corner.az xəbər verir ki, ispaniyalı müdafiəçi COPE-yə açıqlamasında bu barədə deyib:


"Ailəm olan klubumla əl-ələ verirəm. Həmişə başqa klublardan təkliflər olur, amma mən daha bir il qalmaq qərarına gəldim və buna çox şadam”, Kərim Benzemanın gedişindən sonra Naçonun komandanın kapitanı olacağı gözlənilir.


Qeyd edək ki, "Real"ın yetirməsi olan Naço 2011-ci ildən Madrid təmsilçisinin əsas komandasında oynayır.







Transfer