25 oktyabr 2024. Cümə

Brahim Diaz Real Madridə qayıdır


  • Transfer
  • 20:59 11.06.2023
  • Oxunma sayı: 117
Brahim Diaz Real Madridə qayıdır
"Real Madrid" Milanda 3 mövsüm icarə əsasında çıxış edən ispan futbolçu Brahim Diazın komandaya qayıtdığını və müqaviləsinin 2027-ci ilə qədər uzadıldığını açıqlayıb.


Corner.az xəbər verir ki, La Liqa təmsilçisi Real Madrid, 3 mövsüm icarə əsasında "Milan"da çıxış edən ispaniyalı futbolçu Brahim Diazın komandaya qayıtdığını və müqaviləsinin 2027-ci ilə qədər uzadıldığını açıqlayıb. 23 yaşlı futbolçu Milanda göstərdiyi performansla diqqət çəkib və o, İtaliya təmsilçisi ilə 1 dəfə İtaliya Liqası çempionu olub və UEFA Çempionlar Liqasının yarımfinalında çıxış edib.


Qeyd edək ki, İspan futbolçu bu mövsüm “Milan”la 33 liqa, 10 Çempionlar Liqası və 1 İtaliya Kuboku olmaqla ümumilikdə 44 oyuna çıxıb və 7 qol vurub, 7 məhsuldar ötürmə edib.






Transfer