25 oktyabr 2024. Cümə

Bayram Bektaş "Beşiktaş"dan getdi


  • Transfer
  • 21:06 11.06.2023
  • Oxunma sayı: 133
Bayram Bektaş "Beşiktaş"dan getdi
"Beşiktaş"da baş məşqçi Şenol Günəşin köməkçisi Bayram Bektaş tutduğu vəzifədən istefa verib.

Corner.az xarici KİV-ə xəbərə istinadən bildirir ki, Bektaş bundan sonra öz yoluna davam etmək istədiyi üçün istefa vermək qərarına gəlib.

Qeyd edək ki, 49 yaşlı Bektaş daha əvvəl "Elazığspor", "Qaziantep Böyükşəhər Belediyespor", "Ümraniyespor", "Göztepe", "Ankaragücü", "Kayserispor" və "Samsunspor"da baş məşqçi vəzifəsində çalışıb. Bektaşın milli komandaların formalaşmasında da iştirak edə biləcəyi irəli sürülüb. Bektaşın gedişindən sonra boş qalan vəzifəsi üçün Əhməd Dursun və İbrahim Toraman adlarının gündəmdə olduğu öyrənilib.






Transfer