25 oktyabr 2024. Cümə

Millimizin üzvü əcnəbi klubla danışıqlar aparır


  • Transfer
  • 11:43 12.06.2023
  • Oxunma sayı: 145
Millimizin üzvü əcnəbi klubla danışıqlar aparır
"Zirə"nin müdafiəçisi Cəlal Hüseynov karyerasını Bolqarıstanda davam etdirməyə yaxındır.

Corner.az xəbər verir ki, Bolqarıstan mediası yazıb ki, bu ölkənin yüksək liqa təmsilçisi "Arda Kırcalı" klubu 20 yaşlı C.Hüseynovu heyətinə qatmaq niyyətindədir. İddiaya görə, yaxın vaxtlarda  tərəflər arasında müqavilə imzalanacaq. 

Qeyd edək ki, hazırda C.Hüseynov "Avro-2024"ün Estoniya ilı seçmə matçına hazırlaşan Azərbaycan milli komandasının düşərgəsindədir.  

Məsələ ilə bağlı "Zirə" klubundan isə Qol.az saytına bildirilib ki, hazırda bununla bağlı tərəflər arasında danışıqlar gedir.

"Bəli, futbolçumuzu istəyirlər, bununla bağlı danışıqlar davam edir. Hələ danışıqlar yekunlaşmadığından indidən dəqiq nəsə demək düzgün deyil" - deyə klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Qol.az-a bildirib.

Xatırladaq ki, müqavilə ilə "Zirə"yə məxsus olan C.Hüseynov ötən mövsümü icarə qaydasında "Şamaxı"da keçirib.

"Arda Kırcalı" 2022/23 mövsümünü 8-ci yerdə başa vurub.






Transfer