17 may 2026. Bazar günü

Alleqriyə Səudiyyə Ərəbistanından təklif


  • Transfer
  • 15:22 12.06.2023
  • Oxunma sayı: 134
Alleqriyə Səudiyyə Ərəbistanından təklif
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanından təklif alıb.

Corner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İtaliyalı mütəxəssisə hər mövsümə 20 milyon avro qarşılığında 3 il “Əl-Hilal”a baş məşqçilik etmək təklif olunur. Həmçinin onun üçün 10 milyon avroluq imza bonusu təklifi də irəli sürülüb. 

Turin klubunda ildə 7 milyon avro və bonuslar alan 55 yaşlı çalışdırıcı bu təklifi nəzərdən keçirir. Hələlik o, qəti cavab verməyib.







Transfer