"Kəpəz" yeni baş məşqçisi Azər Məmmədovla müqavilə imzalayıb.
Corner.az xəbər verir ki, imzanma mərasimi Gəncə şəhər stadionunda keçirilib. 47 yaşlı mütəxəssis 1+1 il müqaviləyə imza atıb.
Daha sonra yeni baş məşqçi ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində klub rəhbərliyi və media əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, "Kəpəz" ötən mövsüm komandanın baş məşqçisi olmuş Tərlan Əhmədovla başa çatan müqavilənin müddətini uzatmayıb.